Rusiya ABŞ-ın bu texnikasını ələ keçirdi: İlk dəfə
4 Dekabr 2023 10:48 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Rusiya hərbçiləri ilk dəfə ABŞ-ın "Bradley" piyada döyüş maşınını qənimət götürdülər.
Olaylar.az xəbər verir ki, bu barədə "Rybar" Telegram kanalı məlumat verib.
Bildirilir ki, döyüş maşını arxa cəbhəyə təhlükəsiz şəkildə təxliyə edilib .
Kanalın məlumatına görə, döyüş maşını Ukrayna Silahlı Qüvvələrinin 47-ci mexanikləşdirilmiş briqadasına məxsus olub.
"Bradley" piyada döyüş maşınlarının Ukraynaya verildiyi bu ilin əvvəlində elan edilib. Ukrayna Silahlı Qüvvələrinin hazırda bir neçə yüz texnikası var. (publika.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31