Kuba prezidenti 22 il ərzində ilk dəfə İrana səfər edib

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Kuba prezidenti Migel Dias-Kanel 22 il ərzində ilk dəfə İrana səfər edib.

Olaylar.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilib ki, Dias-Kaneli İran prezidenti İbrahim Rəisi qəbul edib. Tərəflər danışıqların yekunlarına əsasən bir sıra saziş və əməkdaşlıq memorandumu imzalamağı planlaşdırır.

Qeyd edək ki, İrana sonuncu dəfə səfər edən Kuba lideri Fidel Kastro olub. O, 2001-ci ildə İslam Respublikasına səfər edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31