İndoneziyada vulkan püskürməsi nəticəsində 11 nəfər ölüb

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

İndoneziyanın Sumatra adasında vulkan püskürməsi nəticəsində 11 nəfər həlak olub.

Olaylar.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi xilasetmə xidmətinin nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, 3 nəfər sağ tapılıb, 12 nəfər itkin düşüb.

Xatırladaq ki, dekabrın 3-də İndoneziyanın Sumatra adasında Marapi vulkanı püskürməyə başlayıb. İlkin məlumatlara görə, vulkan 15 min metr yüksəkliyə kül püskürüb. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31