Makron atəşkəs üçün Qətərə gedir
2 Dekabr 2023 23:04 DünyaFransa Qəzzada zorakılığın yenidən başlamasından çox narahatdır.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.
O qeyd edib ki, atəşkəs və sülh danışıqlarına yardım etmək üçün Qətərə gedəcək.
Makron həmçinin Dubayda keçirilən COP28 iqlim sammiti çərçivəsindəki mətbuat konfransında bildirib ki, gedişat davamlı atəşkəs əldə etmək və bütün girovların azad edilməsi üçün səylərin ikiqat artırılmasını tələb edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31