Qəzzada sülh fürsəti əldən verilib - Ərdoğan

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

İsrailin barışmaz yanaşması səbəbindən Qəzza zolağında sülh üçün fürsət artıq yoxdur.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə həmişə atəşkəsin tərəfdarı olub:

"İsrailin yanaşması nəticəsində yaranan vəziyyət bizim qorxularımızda haqlı olduğumuzu bir daha göstərdi. Burada sülh üçün fürsət var idi və təəssüf ki, İsrailin barışmaz yanaşması ucbatından biz bu fürsəti hələlik itirmişik", - prezident bildirib.

Eyni zamanda, o, belə bir fürsətin yenidən yaranacağına ümidini itirməməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31