Litva ABŞ-dən yeni PUA alır
2 Dekabr 2023 13:54 DünyaLitva ABŞ-dən yeni PUA-lar alacaq.
Olaylar.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Litvanın müdafiə naziri Arvidas Anuşauskas bildirib ki, Switchblade 600 PUA-ları 2024-cü ildə veriləcək.
Onun sözlərinə görə, müqavilənin dəyəri 45 milyon avro təşkil edəcək.
"Biz ABŞ-dən sonra yeni PUA-larla təmin olunacaq ilk ölkəyik. Bu bizim imkanlarımızı genişləndirəcək", - o deyib. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31