Moskva aeroportlarında 40-dan çox reys ləğv edildi

Moskvanın Vnukovo, Domodedovo və Şeremetyevo hava limanlarında əlverişsiz hava şəraiti ilə əlaqədar 40-dan çox reys gecikib və ya təxirə salınıb. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

Yerli vaxtla saat 07:26-ya olan məlumata görə, Vnukovoda 13 reys gecikib, daha yeddi reys təxirə salınıb. 

Domodedovoda 12 reys gecikib, ikisi ləğv edilib, Şeremetyevoda yeddi reys gecikib. 

Həftənin əvvəlində Moskva hava limanlarında 80-ə yaxın reys təxirə salınıb və ya ləğv edilib.  (yenisabah.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31