ABŞ-ın İsrailə hansı bombaları verdiyi üzə çıxdı
2 Dekabr 2023 10:57 DünyaABŞ oktyabrın 7-dən İsrailə bunker əleyhinə bombalar, eləcə də on minlərlə başqa növ sursat və artilleriya mərmiləri göndərib.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı "The Wall Street Journal" qəzeti yayıb.
Qəzetin mənbələrinin məlumatına görə, təqribən 15 min bomba və 57 min artilleriya mərmisindən ibarət silah-sursatın göndərilməsi oktyabrın 7-sindən sonra dərhal başlayıb.
Mənbələr, həmçinin ABŞ-nin İsrailə bunker əleyhinə 100 ədəd BLU-109 bombası göndərdiyini vurğulayıb. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31