Türkiyədə terror təşkilatına qarşı əməliyyat keçirildi
2 Dekabr 2023 10:35 DünyaTürkiyədə terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirilib.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya yerli mətbuata açıqlama verib.
Nazir qeyd edib ki, Bitlis şəhəri və 9 qəsəbədə 113 ünvanda polis əməkdaşları tərəfindən terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirilib:
"Keçirilən əməliyyat tədbirləri nəticəsində 88 nəfər saxlanılıb. Sonuncu terrorçu zərərsizləşdirilənədək mübarizələrini davam etdirəcəklər". (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31