Putindən fərman: Rus ordusunun sayı artırıldı
1 Dekabr 2023 23:14 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayı təxminən 170 min nəfər artırılıb.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb.
Belə ki, sənədə əsasən, silahlı qüvvələrin ştat sayı 2 209 130 nəfər, o cümlədən 1 320 000 hərbi qulluqçu müəyyən edilib.
Əvvəlki fərmanda bu rəqəm 2 milyon 39 min 758 nəfər, o cümlədən 1 milyon 150 min 628 nəfər hərbi qulluqçu olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31