Sankt-Peterburqda partlayışlar və yanğınlar başlayıb - Ölənlər var
1 Dekabr 2023 22:18 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Rusiyanın Sankt-Peterburq şəhərində "Sadovod" bazarında yanğın baş verib.
Olaylar.az sfera.az-a istinadən bildirir ki, "Sadovod" bazarında baş verən yanğın zamanı kimyəvi balonlar partlayıb. Yanğının sahəsi 600 kvadratmetrə çatıb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Yanğının söndürülməsinə 100-dən çox canlı qüvvə və 48 texnika, o cümlədən qaldırıcı mexanizmlər cəlb olunub.
Binaların sıx olması səbəbindən yanğının söndürülməsinin çətinləşdiyi bildirilir. Xilasedicilər yaxınlıqdakı obyektlərin konstruksiyalarını sökməli olublar. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın artıq söndürülüb.
"Sadovod" bazarında anqarda yanğın zamanı kimyəvi silindrlərin partladığı da bildirilir.
Jurnalistlərin sözlərinə görə, yanğını söndürərkən Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından biri damdan yıxılıb. O, qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.