Ermənistanda "omikron"un yeni ştammı aşkar edilib

Son bir həftə ərzində Ermənistanda ilk dəfə olaraq koronavirusun "omikron" ştammının subvariantı BA.2.86 (Pirola) aşkarlanıb.

Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi bildirib.

Bildirilib ki, Hazırda Ermənistanda "XBB. 1.5" (Kraken),"XBB.2.3" (Acrux), "XBB.1.16" (Arctura), "XBB 1.9.1" (Hiperion), "FL.1.5.1" (Fornax), "EG.5.1" (Eris) kimi də ştammlar qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31