ATƏT-in fəaliyyətdə olan sədri Rusiyanın kənarda qalması ilə bağlı sualı cavablandırıb - ÖZƏL
1 Dekabr 2023 20:38 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Rusiyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından (ATƏT) mümkün çıxarılması ilə bağlı müzakirələr "tükənmiş" hesab edilə bilər.
Olaylar.az xəbər verir ki, bu barədə beynəlxalq strukturun hazırkı sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, 1992-ci ildə Yuqoslaviya "konsensus minus bir" prinsipi çərçivəsində təşkilatdan çıxarılıb. Xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, bu qərar onun ərazisində insan hüquqlarının kütləvi şəkildə pozulması ilə əlaqədar verilib.
"Ancaq biz hesab edirik ki, bu gün bu prinsip işləmir, çünki ATƏT-də müxtəlif fikirlər var", - Osmani vurğulayıb.
Onun dediyi kimi, ATƏT heç vaxt həmfikirlərin təşkilatı olmayıb. Eyni zamanda, bu strukturun yaradılmasında əsas məqsəd regionda sülhün və sabitliyin qorunması naminə müxtəlif mövqeli dövlətləri birləşdirmək idi.
"Buna görə də hesab edirəm ki, bu müzakirə ən azı indiki mərhələdə həll olunub", - nazir Rusiyanın təşkilatdan çıxarılmasının mümkünlüyü ilə bağlı sualı cavablandırıb.
Noyabrın 30-dan dekabrın 1-dək Skopyedə ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilib. Görüşün yekunu olaraq xarici işlər orqanlarının rəhbərləri Maltanın təşkilata növbəti sədr təyin edilməsi, eləcə də strukturun baş katibi Helqa Şmidin mandatının uzadılması barədə razılığa gəliblər.
Bundan əvvəl Serbiya Xarici İşlər Nazirliyi Ukrayna və Kosovodakı vəziyyətə görə ATƏT-i ikili standartlarda ittiham edib.