“Anadolu” agentliyinin əməkdaşı Qəzzada həlak oldu

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Türkiyənin dövlət xəbər agentliyi "Anadolu"nun Qəzzada işləyən operatoru Muntasir əs-Səvvaf dünyasını dəyişib.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, agentliyin əməkdaşı hava hücumu nəticəsində həlak olub.

Qeyd edək ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb. İsrail və HƏMAS arasında müharibə başlayandan bəri ən azı 42 jurnalist həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31