ABŞ Venesuelaya qarşı sanksiyaları yumşaltmaq qərarına yenidən baxa bilər - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Karakas Vaşinqtonun daha əvvəl irəli sürdüyü tələbləri yerinə yetirməsə, ABŞ Venesuelaya qarşı sanksiyaları yumşaltmaq qərarına yenidən baxa bilər".

Olaylar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü bildirib.

"Əgər Venesuela prezidenti Nikolas Maduro və onun nümayəndələri bu addımları yerinə yetirə bilməsələr, biz bəzi sanksiyaları yumşaltmaq üçün atdığımız addımları yenidən nəzərdən keçirəcəyik" - sözçü, bildirib.
Dövlət Departamenti əlavə edib ki, ABŞ Venesuela hökumətinin dəqiq vaxt çərçivəsini təyin edəcəyini və ölkədə prezident postuna bütün namizədlərin siyasi hüquqlarının bərpası prosesini müəyyən edəcəyini gözləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31