Minskin təhlükəsizliklə bağlı bütün hərəkətləri Qərbin təcavüzünə cavabdır — ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Belarusun beynəlxalq təhlükəsizliklə bağlı bütün hərəkətləri, o cümlədən Rusiyanın nüvə silahlarının yerləşdirilməsi Qərbin təcavüzünə məcburi cavabdır".

Olaylar.az xəbər verir ki, bunu Belarus xarici işlər nazirinin müavini Yuri Ambrazeviç deyib.

"Bizim bütün hərəkətlərimiz, o cümlədən Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin (Polşa və Çexiya ilə bağlı) dayandırılması və Rusiyanın taktiki nüvə silahlarının yerləşdirilməsi məcburidir və buna cavabdır" - o, deyib.
Ambrazeviçin sözlərinə görə, Belarus milli ixracın 70%-nə təsir edən iqtisadi sanksiyaları, eləcə də qərbdə və şimalda sərhədlərin demək olar ki, tamamilə bağlanmasını, hava və dəmir yolu əlaqələrinin bağlanmasını təcavüzdən başqa bir şey kimi qəbul edə bilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31