Macarıstan Aİ-nin Ukrayna ilə danışıqlarına veto qoymaqdan çəkinəcək - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Macarıstan Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara mane olmayacaq, lakin əmindir ki, bu məsələ ilə bağlı müsbət qərar onsuz da qəbul edilməyəcək, çünki icma daxilində bu məsələ ilə bağlı razılıq yoxdur".

Olaylar.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban bildirib.

"Macarıstan Aİ-nin Ukrayna ilə danışıqlarına veto qoymayacaq, çünki buna sadəcə ehtiyac olmayacaq. Avropa Komissiyası Ukraynanın üzvlüyü ilə bağlı danışıqlara başlamaq üçün təklif irəli sürüb, lakin bu, bir çox üzv dövlətlərin maraqlarına cavab vermir. Özümüzü günahkar hiss edəcəyimiz vəziyyətə salmamalıyıq" - o, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31