Ukraynaya yardım büdcəmiz tükənir... - Pentaqon
1 Dekabr 2023 11:01 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
ABŞ ilkin təsdiqlənmiş hərbi büdcəsinin bir hissəsi kimi Ukraynaya silah tədarükünü davam etdirir, lakin bu vəsait artıq tükənməkdədir.
Olaylar.az bildirir ki, bunu Pentaqon sözçüsü Sabrina Sinq bildirib.
"Biz Ukraynaya əlimizdən gələn və mövcud prezident büdcəsindən qalan vəsaitlə yardım etməyə davam edirik. Vəsaitlərimiz tükənmək üzrədir", - o bildirib.
Sinq əlavə edib ki, Amerika hakimiyyəti Konqresin yaxın həftələrdə Prezident Baydenin Ukraynaya əlavə yardım tələbini qəbul edəcəyinə ümid edir. (axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31