Rusiyada bazar yandı - VİDEO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Rusiyanın Rostov vilayətinin ən böyük geyim bazarı "Temernik"də yanğın baş verib.

Olaylar.az bildirir ki, yanğın təxminən dörd min kvadrat metr ərazini əhatə edib. İlkin məlumata görə, yanğın ticarət pavilyonlarından birində başlayıb, sonra digərlərinə keçib.

Yanğınsöndürənlərə kömək üçün polis və xüsusi təyinatlılar (OMON) Temernik bazarına yeridilib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Rusiya Federasiyasının Rostov vilayəti üzrə baş idarəsi məlumat yayıb.

"Bazarda yanğın lokallaşdırılıb", - qurumdan bildirib.

Bundan əlavə, Fövqəladə Hallar Nazirliyi "Temernik" bazarında baş verən yanğın zamanı xəsarət alanların olmadığını bildirir. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31