İsrail və HƏMAS humanitar atəşkəsin uzadılması barədə razılığa gəliblər

İsrail və HƏMAS humanitar atəşkəsi uzatmağa razılaşıb.

Olaylar.az xəbər verir ki, bu barədə "Wall Street Journal" Misir rəsmilərinə istinadən məlumat yayıb.

Razılaşma HƏMAS-ın çərşənbə günü növbəti - altıncı girov qrupunu azad etməsindən sonra əldə olunub.

Atəşkəs çərçivəsində HƏMAS-ın Qəzza zolağında saxladığı daha 10 girov azad ediləcək, əksəriyyəti qadın və uşaqlardır. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31