BRİKS-ə qoşulmayacağıq - Argentina

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Argentinanın yeni hökuməti BRİKS-ə qoşulmaq niyyətində deyil.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu Argentinanın yeni seçilmiş prezidenti Xavyer Mileyin xarici siyasət üzrə müşaviri və gələcək xarici işlər naziri Diana Mondino deyib.

"Argentina BRİKS-ə qoşulmayacaq" deyə o bildirib.

Qeyd edək ki, Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası qrupa daxildir. Növbəti ildə bir sıra yeni ölkələrin birliyə qoşulacağı istisna edilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31