BMT-nin islahatı üzv ölkələrin əlindədir - ÖZƏL
30 Noyabr 2023 15:16 Dünya"BMT-də islahatlar onun üzv ölkələrinin əlindədir, ona görə də bu məsələ ilə bağlı qərar qəbul etmək üçün konsensus lazımdır".
Olaylar.az xəbər verir ki, bunu BMT-nin Cenevrə ofisinin baş direktoru, BMT baş katibinin müavini Tatyana Valovaya bildirib.
"İslahat haqqında danışarkən biz işin təşkilinin təkmilləşdirilməsi və yeni şəraitə və çağırışlara uyğunlaşma yollarını nəzərdə tuturuq. BMT islahatı məsələsi nə vaxt diqqət mərkəzində olarsa, geniş ictimaiyyət düşünür ki, böyük ehtimalla söhbət inzibati orqanların islahatlarından gedir. Nəzərə almaq lazımdır ki, təşkilatın islahatı bütün üzv dövlətlərin əlindədir. Bunun üçün idarəetmə orqanlarının islahatı, Təhlükəsizlik Şurası ilə bağlı qərarlar qəbul etmək üçün bütün üzv dövlətlərin konsensusuna ehtiyac var" - deyə, Valovaya vurğulayıb və əlavə edib ki, bu cür mühüm qərarların qəbulunda hər bir dövlətin səsi eşidilməlidir.
O, BMT islahatının müzakirəsinin çox mürəkkəb məsələ olduğunu bildirib. BMT Katibliyinin iştirakı ilə müxtəlif ölkələr arasında belə müzakirələr aparılır:
"Hər kəs anlayır ki, 1945-ci ildən bəri dünya əhəmiyyətli dərəcədə dəyişib" - Valovaya, bildirib.