İsrail bütün girovlar azad edilənə, HƏMAS məhv edilənə qədər döyüşü davam etdirəcək - ÖZƏL
30 Noyabr 2023 15:04 Dünya"İsrail bütün girovları azad edənə və Fələstinin radikal HƏMAS hərəkatını məhv edənə qədər Qəzza zolağındakı əməliyyatı davam etdirəcək".
Olaylar.az xəbər verir ki, bunu Xarici işlər naziri Eli Kohen Skopyedə ATƏT nazirlərinin iki günlük toplantısına gələrkən deyib.
"Biz bütün girovlarımızı geri qaytarana və HƏMAS-ı yox edənə qədər mübarizəmizi davam etdirəcəyik. Dünya Qəzzanı Həmasdan azad etmək üçün birləşməlidir. Bu cür vəhşiliklərin başqa heç bir yerdə baş verməməsini təmin etmək üçün" - baş diplomat, bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31