Rusiya səhmləri bahalaşıb - ÖZƏL

Moskva birjasında cümə axşamı günü hərracların açılması ilə Rusiya fond bazarı yüksəlib, MOEX indeksi 0,09% artaraq 3 176,5 bənd, dollarla ifadə edilən RTS indeksi isə 0,18% artaraq 1130,08 bənd təşkil edib. 
Olaylar.az xəbər verir ki, son məlumata görə, MOEX 0,2% azalaraq 3,167,23 bənd, RTS isə 0,04% artaraq 1,128,5 bənd təşkil edib. Dolların məzənnəsi 0,15% azalaraq 88,42 rubl, avronun məzənnəsi 0,27% azalaraq 97,07 rubl, yuan isə 0,18% ucuzlaşaraq 12,385 rubl olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31