BMT-nin potensialı hələ tükənməyib - ÖZƏL

"Birləşmiş Millətlər Təşkilatı öz potensialını tükənməyib və fəaliyyəti göstərir ki, ölkələr qüvvələrini birləşdirsələr, istənilən mürəkkəb məsələni həll edə bilərlər". Olaylar.az xəbər verir ki, bunu BMT-nin Cenevrə ofisinin baş direktoru, BMT baş katibinin müavini Tatyana Valovaya deyib.

"Hər hansı bir təşkilat kimi, BMT-nin də dəqiq tənzimlənməyə, təkmilləşməyə, yeni reallığa uyğunlaşmasına ehtiyacı var. Bütün bunlar BMT-yə üzv dövlətlərin əlindədir", - o qeyd edib. 

Valovaya vurğulayıb ki, bu il 75 illiyini qeyd edən BMT Nizamnaməsində və Ümumdünya İnsan Hüquqları Bəyannaməsində bir kəlmə də olsun köhnəlməyib. BMT-nin yüksək rütbəli rəsmisi vurğulayıb ki, bu əsas sənədlər əvvəlki kimi indi də aktualdır.
"BMT və digər beynəlxalq strukturların tənqidi tez-tez eşidilir, lakin başa düşmək lazımdır ki, onlar olmasaydı qlobal vəziyyət daha pis olardı" - Valovaya, deyib. O, digər məsələlərlə yanaşı, BMT-nin uşaqların peyvəndlənməsi, təhsili və ərzaq təminatı sahələrindəki fəaliyyətini xüsusi qeyd edib:

"Onilliklər ərzində işlədiyi müddətdə BMT böyük uğurlar əldə edib. Ən əsası odur ki, o nümayiş etdirdi ki, biz qüvvələri birləşdirsək, nə qədər mürəkkəb olsa da, istənilən məsələni həll edə bilərik".

Diplomat bir daha qeyd edib ki, 2020-ci ildə BMT-nin 75 illiyini qeyd edən zaman təşkilat öz saytında sorğu yerləşdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31