Yaxın Şərqdəki hadisələr Qərbə bənzəyir - ÖZƏL

"Yaxın Şərqdə baş verənlər düşünülməmiş taktikaların təzahürüdür və Qərb ölkələri öz ayaqlarına atəş açır".

Olaylar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
"Yaxın Şərqdə indi gördüklərimiz əslində yanlış düşünülmüş taktikaların təzahürüdür; Qərb ölkələri öz ayaqlarına atəş açır" - o, deyib. 

Baş diplomatın fikrincə, belə yanaşma digər dövlətləri Qərbdən daha da uzaqlaşdırır.
"Qərb bütün gücü ilə qlobal dominantlığının qalıqlarını saxlamağa çalışır, açıq-aşkar neokolonial üsullara əl atır ki, bu da dünya ölkələrinin əksəriyyətinin rəddinə səbəb olur" - Rudenko, bildirib.

O qeyd edib ki, Qərbin məqsədi öz maraqlarını başqalarının hesabına təmin etməkdir:

"Biz, eləcə də dünya əksəriyyəti arasında olan həmfikir müttəfiqlərimiz belə vəziyyətə dözməyə hazır deyilik" - deyə, nazir müavini fikrini yekunlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31