Rusiya Qafqazda çətin vəziyyətdən necə çıxmaq istəyir: müharibə, ya çevriliş?

Ermənistan dövlətinin yaranma şərti və Rusiyanın faktiki bir regionu kimi mövcudluğunun əsası olan türk etnosuna qarşı düşmənçiıik amilindən Qərbin Ermənistana gətirdiyi Paşinyan hakimiyyəti tərəfindən imtina edilir. Rusiyanın Ermənistan adlı dövlətdə hərbi, siyasi, iqtisadi mövcudluunun əsas amili, şərti Türkiyə, Azərbaycana qarşı düşmənçilik siyasi vektorunun normal qonşuluq siyasəti ilə əvəz edilməsi Paşinyan hakimiyəti üçün əsas hədəf kimi son nəticədə Rusiyanın Ermənistandan çıxması ilə nəticələnməlidir. Məlumdur ki, Rusiya artıq Ermənistanı Türkiyə, Azərbaycan, Qarabağ məsələsi ilə yanında  saxlaya bilmir. Son bir əsrdə Rusiyanın Ermənistanda mövcudluğunun əsas şərti kimi türk düşmənçiliyi üzərində siyasətini qurmuş Rusiyanın digər  real işləyə biləcək strateji planı da yoxdur. Məhz bu hal Rusiyanı çıxılmaz hala salıb.

Hərçənd ki,  düşünülə bilər ki, Rusiya Ermənistana iqtisadi təsir edərək az qala iki əsrlik dəyişməz məqsəd, mövcudluğunu qoruya bilər, ancaq Ermənistana iqtisadi üsulla təsir Rusiya üçün arzuolunmaz nəticəni tezləşdirə bilər. Belə ki, Rusiyanın mümkün  addımları nəticəsində çətin iqtisadi vəziyyətə düşən Ermənistanın təbii ki, ilk növbədə Qərbə, Türkiyəyə, Azərbaycana yaxınlaşması, inteqrasiyası sürətlənək və sözsüz ki, Rusiya iqtisadi amili kiçik Ermənistanda çox asanlıqla alternativini tapa bilər. Bu da o deməkdir ki, Rusiya üçün Ermənistana iqtisadi təsir variantı keçərli, sərfəli deyil, əksinə Ermənistanın Rusiyadan iqtisadi asılılığından çıxması ilə nəticələnə bilər. Qeyd edilən vəziyyətdə görə də Rusiya Ermənistan demarşına hələ ki, dözümlülük məcburiyyətindədir. 

Rusiya faktoruna əsasən ümumən Qərb Ermənistanla Azərbaycan arasında sülhə maraqlıdır. Yəni, Qərb bu sülhün əldə edilməsinə Cənubi Qafqazda oturuşmağının vasitəsi kimi baxır. Tərəflər arasında sülh və ya sülhü əvəz edə biləcək münasibətin mövcudluğu Rusiyanın Ermənistandan çıxması sonluğu gətirdiyinə görə Rusiya üçün yeganə çıxış yolu Ermənistanda çevriliş və rusmeyilli liderin hakimiyyətinə gətirilməsidir. Çevriliş variantı da o qədər də asan deyil, ancaq bu çox riskli, lakin məcburi gediş olaraq qalır. Rusiyanın Ermənistanda məcburi çevriliş planı Qərbə məlumdur və məhz bu gözlənti Aİ-nın mülki misiya və ya digər adda Ermənistana yerləşməsinin əsas səbəbidir. Baxmayaraq ki, Aİ-nın Ermənistandakı mülki missiyası Azərbaycana qarşı da istifadə edilir.

Aİ-nın Ermənistanda missiya üzvlərinin sayının artırması səyi çalışması həmin məqsədi aydın göstırir və Rusiyanın ümkün çevrilş gedişinə maneçilik göstərən amilə çevrilir. Hər bir halda, Rusiya ən son məqamda Ermənistanda dövlət çevrilişinə gedəcəyi real görünür. Əminliklə demək olar ki, əgər Rusiya Ermənistanda hakimiyyətə rusmeyilli lideri gətirə bilərsə, bir müddət sonra növbəti geniş miqyaslı Ermənistan - Azərbaycan müharibəsinin ehtimalı olduqca yüksəkdir. Ermənistan - Azərbaycan arasında sülh müqaviləsinin imzalamasından asılı olmayaraq Rusiyanın Cənubi Qafqazda mövcudluğu fonunda  Ermənistan - Azərbaycan  arasında real sülh, qonşuluq münasibəti nisbi hal olaraq qalacaq.

Rusiya Ukrayna müharibəsinin nəticəsi dünyada Rusiyanın öz maraq dairəsi hesab etdiyi regionlarda vəziyyətin əsaslı şəkildə dəyişəcək. Artıq müharibənin Rusiya ərazisinə keçməsi və Qərbin Ukraynaya hücum silahları ilə təchizatının genişləndirməsi Rusiya üçün ən azı hakimiyyət dəyişikliyi ilə nəticələnə bilər. Təbii ki, bu da Rusiyanın dünyada sahibi hesab etdiyi regionlardan çıxması deməkdir.

O da məlumdur ki, Rusiyanı Cənubi Qafqazda əvəzləmək istəyən qüvvələr var, ancaq artıq region yeni "sahibin" varlığını qəbul etməmək iqtidarındadır. Türkiyə - Azərbaycan tandemi isə  regionun öz sahibi olmağında daha israrlı və imkanı realdır.

Vüqar Dadaşov-Hüquqşünas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31