Keniyada ölüm orucu nəticəsində ən az 1000 nəfər ölüb- ÖZƏL
25 Aprel 2023 14:00 DünyaOlaylar.az xəbər verir ki, Keniyanın Malindi qəsəbəsində tərəfdarlarına aclıqdan ölərək İsa peyğəmbərə qovuşacaqlarını vəd edərək onları ölümə sürükləyən təriqət lideri polisin ən az 1000 nəfərin cəsədini tapacağını iddia edib. Digər tərəfdən, mövzu ilə bağlı ilk dəfə açıqlama verən Keniya prezidenti Vilyam Ruto təriqətdə yaşananların terrordan fərqli olmadığını ifadə edib. "Terrorçular öz iyrənc əməlləri üçün dindən istifadə edirlər. Mackenzie kimi kişilər də belə edirlər. Bu tip kişilərin, digər terrorçuların və cinayətkarların dini yoxdur. Mənsub olduqları yer həbsdir. Orada olmalıdırlar", -deyə Ruto bildirib.Keşiş Ntenqenin daha əvvəl bir neçə dəfə şikayətlərdən sonra saxlanılaraq sərbəst buraxıldığı öyrənilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31