Zəlzələ nəticəsində BMT-nin 3 əməkdaşı həlak olub
15 Fevral 2023 23:08 DünyaTürkiyədə zəlzələ nəticəsində BMT-nin 3 əməkdaşı həlak olub.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu fevralın 15-də brifinq zamanı BMT baş katibinin nümayəndəsi Stefan Cüjarrik deyib.
"Hazırda zəlzələ zamanı ölən 3 əməkdaşdan xəbərimiz var. Onların hamısı Türkiyədə dünyasını dəyişib, bu ölkənin təmsilçiləri arasından olan işçilər olub", - deyə S.Cüjarrik bildirib.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31