Avtobus dərəyə aşıb, çox sayda ölən var
15 Fevral 2023 21:20 DünyaPanamanın Çiriki əyalətində sərnişin avtobusu dərəyə aşıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Miqrasiya Xidmətindən məlumat verilib.
Məlumata əsasən, qəza nəticəsində azı 39 nəfər həlak olub.
"İlkin məlumatlara görə, <...> 39 nəfər ölüb, xəsarət alanların müalicəsi müxtəlif xəstəxanalarda və tibb müəssisələrində aparılır", - deyə açıqlamada bildirilir.
Qeyd edilir ki, qəza zamanı avtobusda 66 xarici miqrant olub.
Hadisə ilə bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31