222 saat dağıntılar altında qalan türkiyəli qadın xilas edilib - ÖZƏL

Türkiyəli xilasedicilər fevralın 6-da baş verən zəlzələdən sonra 222 saat ərzində evinin dağıntıları altında qalan 42 yaşlı Məlike İmamoğlu adlı türkiyəli qadını xilas ediblər.
Olaylar.az xəbər verir ki, ilkin təkanlardan sonra qadın Kahramanmaraş vilayətinin Onikişubat rayonundakı evindən qaça bilməyib. O, doqquz gün beton qalaqları altında qalıb, xilasediciləri gözləməyə çalışıb. Mütəxəssislər onu 10-cu gündə tapıb və çıxara biliblər. Hazırda qadının vəziyyəti qənaətbəxş olaraq xəstəxanaya çatdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31