Zəlzələ qurbanlarını aldatdı, saxlanıldı- ÖZƏL
15 Fevral 2023 15:21 DünyaOlaylar.az xəbər verir ki, "Əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraşda baş verən zəlzələlərdən sonra zəlzələ qurbanlarına kömək etmək istəyənləri aldatmağa çalışan şübhəli nəzarətə götürülüb. İstanbul Kiber Cinayətlərlə Mübarizə Şöbəsinin qrupları, İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində zəlzələ bölgələrinə kömək etmək istəyənləri aldatmağa çalışanları tutmaq üçün işlərə başlayıb. AFAD və bəzi dövlət qurumlarının adları ilə saxta internet saytlarının yaradıldığını müəyyən edən qruplar bu saytlar vasitəsilə dələduzluq etmək istəyən Y.K.-nı müəyyən edib. Evində qruplar tərəfindən yaxalanan bu şəxsdən çoxlu sayda rəqəmsal material ələ keçirilib. Şübhəli polis bölməsindəki əməliyyatların ardından ədliyyəyə sövq edilib.