Cütləşən pitonlar evə girdilər: Qorxulu anlar - VİDEO
15 Fevral 2023 14:36 DünyaMalayziyada iki nəhəng piton cütləşərkən tavana çırpılıb.
Olaylar.az xəbər verir ki, nəhəng pitonlar Malayziya sakininin evinə damdan girib.
İlanların ümumi çəkisi 50 kq-ı keçib. Birinin çəkisi 32 kq (5 m), digərinin çəkisi 25 kq (4 m) olduğu üçün tavan uçub.
Xilasedicilər cütləşən ilanları tutublar. Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilir. Onlar meşəyə buraxılacaqlar.
İlanların təxliyyəsi təxminən bir saat çəkib. Ev sahibi damını təmir etdirəcəyini bildirib.
O əlavə etdi: "Mən ilk dəfədir ki, belə böyük piton görürəm." Evimdəki sınıq tavanı dəyişdirməli olacam".
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31