Banqladeşdə Rusiya gəmilərinə qoyulan qadağa idxala təsir göstərməyib - ÖZƏL
15 Fevral 2023 14:12 Dünya"69 Rusiya gəmisinin respublika limanlarına girişinə qadağa qoyulması barədə qərar qəbul edilib, lakin bu addım Rusiyanın ölkəyə idxalına təsir göstərmir".
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın Banqladeşdəki səfirliyi bildirib.
"2023-cü ilin yanvarında Banqladeş Xarici İşlər Nazirliyi ölkənin səlahiyyətli orqanlarına ABŞ-ın birtərəfli sanksiyalarına uyğun olaraq milli dəniz limanlarına girişi qadağan edilmiş 69 Rusiya gəmisinin siyahısını təqdim edib", - səfirlik bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31