Toy karvanında ağır qəza: bəy öldü - FOTO

Türkiyədə toy karvanında ağır yol qəzası baş verib.

Olaylar.az AZXEBER.COM-a istinadən xəbər verir ki, Konyanın toy karvanında baş verən yol qəzasında bəy-gəlin avtomobilində olan bəy dünyasını dəyişib. 

Avtomobildə olan gəlin də daxil olmaqla 3 nəfər isə yaralanıb.

Bəyin atası ilkin müdaxilədən sonra Konya Şəhər Xəstəxanasına köçürülüb, sürücü və gəlinin həyati təhlükəsinin olmadığı qeyd edilib. 

Qəza ilə bağlı araşdırmalar davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31