SON DƏQİQƏ! Daha bir ölkədə güclü zəlzələ baş verdi

Yeni Zelandiyanın Şimal və Cənub adalarını ayıran Kuk boğazının sularında 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Olaylar.az Oxu24.com-a istinadən xəbər verir ki,bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə saat 10:38-də baş verib. Zəlzələnin episentri Vellinqton yaxınlığındakı Lower Hutt şəhərindən 98 km şimal-qərbdə yerləşib.

Episentrdə zəlzələnin intensivliyinə görə zəlzələ "dağıdıcı" kimi qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31