Çini təqib edən ABŞ daxili problemlərə məhəl qoymur- ÖZƏL
15 Fevral 2023 12:44 DünyaOlaylar.az xəbər verir ki, Çinin "Global Times" qəzetində dərc olunan məqaləyə görə, Birləşmiş Ştatlar daxili insidentlərə məhəl qoymur, əvəzində Çini hədəfə alır. "Hazırda Birləşmiş Ştatlarda baş verənlər Vaşinqtonun təhlükəsizlik fəlsəfəsi ilə reallığı arasında ciddi uyğunsuzluğu nümayiş etdirir. Müşahidəçilər fevralın əvvəlində baş verən və "Ohayoda Çernobıl" kimi tanınan hadisəni misal çəkdilər. ABŞ-da qatarın relsdən çıxması nəticəsində külli miqdarda zəhərli kimyəvi maddə dağılıb. Buna baxmayaraq, bu işə on gündən sonra media diqqət yetirmədi və jurnalistlərdən biri onun haqqında dərc etdiyinə görə həbs edildi. Eyni zamanda, Vaşinqtonda demək olar ki, bütün elita təxminən 10 000 metr yüksəklikdə UFO-ları izləyir və "təhlükəsizlik təhdidləri"ni müzakirə edir".