ABŞ İranın pilotsuz təyyarəsini vurub

ABŞ Silahlı Qüvvələri Suriyada Amerika hərbi bazası ərazisində kəşfiyyat aparan, ehtimal ki, İran istehsalı olan pilotsuz uçuş aparatını vurub.

Olaylar.az xəbər verir ki,  ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat xidməti Bu barədə Qüvvələr Twitter-də məlumat yayıb.

Qeyd edilir ki, fevralın 14-də yerli vaxtla təxminən saat 14:30-da Suriyadakı ABŞ qüvvələri Suriyanın şimal-şərqində patrul bazası olan Konoko Missiyaya Dəstək Qurumu yaxınlığında kəşfiyyat aparmağa cəhd edən İran istehsalı olan İHA-nı atəşə tutub və vurub. Hadisə ilə bağlı başqa təfərrüatlar verilməyib.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31