202 saat dağıntılar altında vazelin yedilər, qar suyu içdilər...- ÖZƏL

Olaylar.az xəbər verir ki, Kahramanmaraşın Onikisubat rayonunda baş verən zəlzələnin 202-ci saatında Məhərrəm və Hidayət Polat cütlüyü  binanın dağıntıları altından yeriyərək çıxarılıb.Xəstəxanada müalicə alan Məhərrəm Polat dağıntılar altında yaşadıqları faciədən danışıb. Cütlüyün həyatda qalmaq üçün etdikləri insanlarda heyrət oyandırıb. 

2 övladının dağıntılar altında həyatını itirdiyini və qucaqlarındakı 6 aylıq körpələrini yaşatmaq üçün çox çalışdıqlarını bildirən Polat: "Biz dağıntılar altında heç nə yemədik. Təzəcə vazelin tapdım, vazelin yedik. Bir xörək qaşığını öz imkanımızla əritdik, orada saxladıq, onsuz da içə bilmədik, yenə tüpürdük. Oğlumu ağzımdan çıxardığım tüpürcəklə  yedizdirməyə çalışırdım.  Dağıntılar altında 5-ci gün Muhammet Alparslan daha dözmədi, nəbzini yoxladım, ürəyini dinlədim, səhər dünyasını dəyişdi. Zəlzələnin 7-ci günü əlimi qoydum, kərpic nəm idi. Yoldaşıma göstərdim, inanmadı. Qazdım, qazdım, gördüm su çıxdı, qar suyu. Allah bizə belə bir hidayət göstərdi"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31