Azərbaycan qrupları Kahramanmaraşda 53 nəfəri xilas edib- ÖZƏL
15 Fevral 2023 12:05 DünyaOlaylar.az xəbər verir ki, Azərbaycanın axtarış-xilasetmə qrupları "Əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələdə dağıntılar altında qalan 53 nəfəri xilas edib. Azərbaycan Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Kahramanmaraşda dağıntılar altında qalan qrupların axtarış-xilasetmə işləri davam edir. Qruplar dağıntılar altında qalan 53 nəfəri xilas edib, 691 nəfərin cansız cəsədini tapıb. Nazirlikdən bildirilib ki, Azərbaycan komandaları işlərini fasiləsiz davam etdirirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31