BMT zəlzələdən zərərçəkənlərə yardım üçün 400 milyon dollar ayırmağa çağırıb

BMT-nin baş katibi Antonio Quterreş çərşənbə axşamı Suriyada güclü zəlzələdən zərər çəkmiş insanlara kömək etmək üçün təxminən 400 milyon dollar toplanması lazım olduğunu açıqlayıb.

Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə baş katibin mətbuat xidmətinin "Twitter" səhifəsində bildirilib.

Qeyd olunub ki, bu vəsait "təxminən 5 milyon suriyalıya çox ehtiyac duyulan həyati əhəmiyyətli yardımı təmin etməyə kömək edəcək".

A.Quterreş Suriyaya humanitar yardımın çatdırılmasına mane olmamağa da çağırıb:

"Yardım bütün marşrutlar üzrə hər tərəfdən hər tərəfə - heç bir məhdudiyyət olmadan gəlməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31