Türkiyədə zəlzələdə ölənlərin sayı 35 418-ə çatdı
14 Fevral 2023 21:38 DünyaTürkiyədə zəlzələdə ölənlərin sayı 35 418 nəfərə çatıb.
Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə dövlət başçısı bildirib ki, zəlzələ nəticəsində 105 505 nəfər yaralanıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31