Rumıniya səmasında şübhəli obyekt GÖRÜNDÜ
14 Fevral 2023 20:59 DünyaRumıniyada səmada 11 min metr hündürlükdə şarabənzər naməlum obyekt görünüb.
Olaylar.az xəbər verir ki, Rumıniya Hərbi Hava Qüvvələrinin hava müşahidə sistemi ölkənin cənub-şərqində hava zonduna bənzər xüsusiyyətlərə malik kiçik hava hədəfi aşkar ediblər.
Ölkənin Müdafiə Nazirliyindən qeyd edilib ki, Hərbi Hava Qüvvələrinə məxsus iki MiQ-21 LanceR təyyarəsinin ekipajları hava hədəfinin nə vizual olaraq, nə də radarlarda olduğunu təsdiqləməyiblər.
Təyyarələr təxminən 30 dəqiqə ərazidə havada olub, sonra onlar aviabazaya qayıdıblar.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31