Riki Martin Türkiyə və Suriya üçün yardım istədi - VİDEO
14 Fevral 2023 19:13 DünyaDünyaca məşhur puerto-rikalı müğənni Riki Martin Türkiyədə və Suriyada baş verən dəhşətli zəlzələdən sonra hamını yardım etməyə səsləyib.
Olaylar.az bizim.media-ya istinadən xəbər verir ki, pop ulduz bununla bağlı sosial şəbəkə hesabında videomüraciət yayımlayıb.
"Bildiyiniz kimi, böhranlı vaxtlarda sakit qala bilmirəm. Türkiyə və Suriyada baş verən zəlzələdən sonra gördüyümüz mənzərələr ürəyimi parçalayır. Biz kömək etməliyik".
UNICEF-in xoşməramlı səfiri kimi də fəaliyyət göstərən Martin "Hazırda orada vəziyyət çox çətindir. Siz artıq görüntüləri izləyirsiniz. Ona görə də kömək etməliyik" videomüraciətdə deyib.
O, həmçinin UNICEF-in ianə kampaniyasının linkini izləyiciləri ilə bölüşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31