Rusiya müdafiə şirkətləri xüsusi əməliyyata baxmayaraq yeni ixrac müqavilələrinə hazırdır - ÖZƏL
14 Fevral 2023 16:35 Dünya"Rusiya müdafiə şirkətləri Ukraynada keçirilən xüsusi hərbi əməliyyata baxmayaraq, yeni ixrac müqavilələri imzalamağa hazırdırlar".
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın dövlət silah satıcısı "Rosoboroneksport"un baş direktoru Aleksandr Mixeyev bildirib.
"Rusiya Ordusu ən mühüm vəzifələri yerinə yetirməklə məşğul olduğu üçün müdafiə sənayesi ilk növbədə Müdafiə Nazirliyinin ehtiyaclarını ödəməlidir. Bu arada bizim müəssisələrimizin mövcud müqavilələri uğurla yerinə yetirmək və yeni ixrac müqavilələrinin imzalanmasına heç bir maneə görmürəm" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31