Zəlzələ qurbanları üçün ənənəvi qırğız çadırları qurulur- ÖZƏL
14 Fevral 2023 15:37 DünyaOlaylar.az xəbər verir ki, Qırğızıstan Fövqaladə Nazirliyi tərəfindən Kahramanmaraşda zəlzələ qurbanları üçün ənənəvi qırğız çadırları tikilməyə başlanıb. Kahramanmaraş Millət Bağçasında qurulan Bozui adlı ənənəvi Qırğızıstan çadırları yağış, qar və günəşdən təsirlənmir, qışda isti, yayda isə sərin olur. Təxminən yarım saata qurula bilən çadırların üst örtüklərinin açılması nəticəsində günəş içəri girir.
İstanbul Qırğızıstan Dostluq və Kültür Dərnəyinin prezidenti Tuyqun Ergeş "Bu çadırların özəlliyi ondan ibarətdir ki, onları söküb istəyərək quraşdırmaq mümkündür. Bunlar ənənəvi çadırlardır. Qışda isti olur, yağış, qar yağanda su keçirmir. Yayda da sərinliyini qoruyur. Ümumiyyətlə, ailə orada rahat qala bilər. 15-20 nəfər yerləşə bilər. Onların diametri orta hesabla 5 metrdir. İndiyədək 60-a yaxın çadır qurulub. Axşam saatlarına qədər 120 çadır qurulacaq" deyib.