Kreml ABŞ üzərində hava şarlarının görünməsinə münasibət bildirib- ÖZƏL
14 Fevral 2023 13:53 DünyaOlaylar.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Amerika Birləşmiş Ştatlarının ərazisi üzərində hava şarlarının görünməsinə münasibət bildirib. Peskovun fikrincə, amerikalıların bu hekayə ilə özləri məşğul olması daha yaxşıdır. "Burada kimisə günahlandırmaq çətin deyil" dedi Kreml sözçüsü. Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin NATO-nu Çinə böhtan atmamağa və özünə xəyali düşmənlər yaratmamağa çağırıb. Belə ki, çinli diplomat NATO-nun baş katibi Yens Stoltenberqin Rusiya və Çinin guya Şimali Atlantika Alyansı ölkələrinə qarşı kəşfiyyat işlərini gücləndirməsi ilə bağlı açıqlamalarına münasibət bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31