Zəlzələdən sonra oğurluq edən 3 şübhəli saxlanılıb- ÖZƏL
14 Fevral 2023 13:37 DünyaOlaylar.az xəbər verir ki, "Əsrin fəlakəti" olaraq xarakterizə edilən zəlzələlərin episentri Kahramanmaraşda bir gümüş mağazasından 22 kiloqram qızıl-zinət əşyaları oğurlayan 3 şübhəli saxlanılıb.
Tokat İl Təhlükəsizlik Müdirliyindən edilən yazılı açıqlamaya görə, episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Tokat İl Təhlükəsizlik Müdirliyinə bağlı Təhlükəsizlik Şöbə Müdirliyi qrupları əməliyyata başlayıb. Nəzarətə alınan şübhəlilər polis bölməsindəki əməliyyatların ardından ədliyyəyə sövq edildi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31