"İkinci briqada lazım olduğu deyilirsə, deməli həqiqətən də belədir" - Valeri Zalujnı

Genişmiqyaslı müharibə başlayandan bəri 10 generalı işdən qovdum, biri isə özünü güllələyib.

Olaylar.az xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı deyib.

"Öz generallarıma güvənirəm. Müharibə başlayandan bəri onunu qovmuşam, çünki uyğun deyildilər. Biri özünü güllələdi. General Sırskiyə güvənirəm. Əgər o, mənə ikinci briqada lazım olduğunu deyirsə, deməli həqiqətən də belədir. Əlbəttə, burada mən özümü hamıdan ağıllı hesab etmirəm. Meydanda olanları mütləq dinləməliyəm, çünki təşəbbüslər var", - deyə o bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31