İlon Mask “Tesla”dakı səhmlərinin bir hissəsini 3,6 milyard dollara satdı
15 Dekabr 2022 12:04 DünyaAmerikalı biznesmen İlon Mask elektrik avtomobil istehsalçısı "Tesla"dakı payının bir hissəsini yenidən təxminən 3,6 milyard dollara satıb.
Olaylar.az bizim.media-ya istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasının elektron bazasına daxil olan məlumatda bildirilir.
Məluma görə, dekabrın 12-dən 14-dək Mask təxminən 22 milyon səhm satıb. Qiymət, eyni zamanda bir səhm üçün 156-176 dollar arasında dəyişib.
Noyabrın əvvəlindən birjada "Tesla"nın qiymətli kağızlarının qiyməti əhəmiyyətli dərəcədə azalıb - bir səhm üçün 227 dollardan 156 dollara qədər.
İnvestorlar qorxurlar ki, tviter alışının sahibi öz biznesinə elektromobillər sahəsində kifayət qədər diqqət yetirmir, halbuki bu seqmentdə rəqabət artmaqdadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31